Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
Cüdo
29.06.2026, 11:07
Olimpiya çempionumuz yeni çəkidə ilk medalını qazandı
İyunun 26-28-də Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri Azərbaycan millisinin uğurlu çıxışı ilə yadda qaldı. Olimpnews.az xəbər verir ki, dünyanın 57 ölkəsindən 500 (265 kişi, 235 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan komandası 17 idmançı (11 kişi, 6 qadın) ilə təmsil olundu. Millimiz turniri 1 qızıl və 3 bürünc medalla başa vurdu. Təmsilçilərimizdən Zelim Tçkayev (-81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazandı. Olimpiya çempionu Hidayət Heydərov (-81 kq), Əhməd Yusifov (-60 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medala sahib oldu. Bu nəticə ilə Azərbaycan kişilər arasında komanda hesabında Yaponiya və Rusiyadan sonra üçüncü, ümumi komanda hesabında isə dördüncü yeri tutdu. Güclü Yaponiya və Rusiya komandaları ilə mübarizədə cüdoçularımızın əldə etdiyi bu nəticələr, ölkəmizin dünya cüdosunda aparıcı mövqeyini bir daha təsdiqlədi.
Turnirin ən yaddaqalan nəticələrindən birinə Zelim Tçkayev imza atdı. O, -81 kq çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazandı.
Qran-Prinin digər diqqətçəkən məqamlarından biri Hidayət Heydərovun yeni -81 kq çəki dərəcəsində ilk böyük beynəlxalq yarışında medal qazanması oldu. Bir həftə əvvəl artıq çəki səbəbindən Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində işttirak edə bilməyən dünya, dördqat Avropa və Olimpiya çempionumuz bu dəfə özünün -81 kq çəki dərəcəsində sınadı. Çəki dəyişikliyindən sonra qısa müddətdə əldə olunan bu nəticə Olimpiya çempionumuzun yeni çəkidə də uğur qazanmaq potensialına malik olduğunu nümayiş etdirdi.
Digər sevindirici məqam isə Murad Fətiyevlə bağlı oldu. O, ötən həftə Ulan-Bator sınağında qazandığı bürünc medaldan sonra Sindao Qran-Prisində də fəxri kürsünün üçüncü pilləsinə yüksəldi. Ardıcıl iki nüfuzlu beynəlxalq turnirdə bürünc medal qazanması cüdoçunun sabit idman formasında olduğunu göstərdi.
-60 kq-da mübarizə aparan Əhməd Yusifovun bürünc medalı da milli komandanın ümumi uğuruna mühüm töhfə verdi. O, ən rəqabətli çəkilərdən birində medal qazanmaqla milli komandamızın yüngül çəkilərdə də yüksək potensiala malik olduğunu sübuta yetirdi.
Sindao Qran-Prisində qazanılan nəticələr bir daha göstərdi ki, Azərbaycan cüdosu beynəlxalq arenada mövqeyini möhkəmləndirməkdə davam edir. dünya və Avropa çempionatları, "Böyük Dəbilqə" və Qran-Pri turnirlərində əldə olunan müntəzəm uğurlar milli komandanın qarşıdakı mötəbər yarışlara yüksək hazırlıq səviyyəsində yollandığını deməyə əsas verir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Bugün, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Bugün, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
Bugün, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
Bugün, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
Bugün, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
Bugün, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
Bugün, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
Bugün, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol