Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
BOK
02.01.2025, 15:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar.
“Archico” MMC-nin texniki direktoru Nazim Şirinov dövlətimizin başçısına və birinci xanıma burada görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verdi.
Bildirildi ki, hotelin interyeri Lahıcın ən məşhur misgərlik ustalarının əl işləri olan Lahıc misgərlik sənətinin nümunələri ilə bəzədilib.
Yeni hoteldə qonaqların istirahətinin hərtərəfli, dolğun və mənalı təşkili üçün geniş imkanlar yaradılacaq. Burada ümumilikdə 122 nömrə olacaq.
Hoteldə idman, “Kids Care” zonaları, işgüzar tədbirlər üçün müasir konfrans zalı və iclas otağı, xizək həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək.
Hotelin yerləşdiyi əraziyə xizək sürənlərin rahat yaxınlaşmalarını təmin etmək üçün burada ilk dəfə “MegaCord” əlaqələndirici lift fəaliyyət göstərəcək. Bu lift hoteli ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək.
Şahdağın gözəl təbiəti və yeni hotelin təqdim göstərəcəyi xidmətlər qonaqların istirahətini unudulmaz edəcək. Hotelin qarşısında təbii gölün füsunkar mənzərəsi, gölətrafı müxtəlif restoran və kafelər qonaqların istirahətinə xüsusi rəng qatacaq.
Qeyd edək ki, yeni hotelin interyerində milli ornamentlərə üstünlük verilib. Taxtadan hazırlanmış və əl işi olan Qarabağ xalçasının nümunəsi də hotelin interyerini bəzəyən elementlərdən biri olacaq.
Hoteldə 250 yerlik restoran qonaqların ixtiyarına veriləcək.
Məlumat verildi ki, inşaat işlərinin ikinci fazasında hotelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının tikintisi də nəzərdə tutulur.
Son illərdə dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm layihələr həyata keçirilir. Dünyanın ən yüksək standartlarına cavab verən müasir turizm infrastrukturunun yaradılması sayəsində insanlarımızın, eləcə də ölkəmizə gələn turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılır. Bunun nəticəsində həm yeni iş yerləri açılır, həm daxili turizmin potensialı genişlənir, həm də Azərbaycana gələn xarici turistlərin sayı artır. Bütün bunlar, eləcə də ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq Azərbaycanı dünyanın ən cəlbedici məkanlarından birinə çevirib.
Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.
Qeyd edək ki, “Xizək klubu” binasında kafe, brifinq, iclas və konfrans zalları, mətbuat nümayəndələri üçün otaq olacaq. Yalnız qış mövsümündə deyil, bütün ilboyu burada “Xizək klubu”nun üzvü olanlara, o cümlədən uşaq və yeniyetmələr üçün xizəksürmə kursları təşkil ediləcək.
Xizək Stadionu Kompleksində yaradılmış yamac Beynəlxalq Xizək və Snoubord Federasiyasının bütün tələb və standartlarına tam cavab verir. Burada idmanın bu növü üzrə müxtəlif beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq. İdman kompleksində idmançıların, məşqçilərin və azarkeşlərin rahatlığı üçün bütün məqamlar nəzərə alınacaq. Burada 500 nəfərlik tribuna quraşdırılacaq.
Qeyd edək ki, artıq bir neçə ölkə öz idmançılarının Şahdağ Turizm Kompleksinin ərazisində inşa olunan Xizək Stadionu Kompleksində təlim-məşq toplantıları keçirmələri üçün müraciət edib.
Beləliklə, burada yaradılan şərait bir daha Azərbaycanın idman ölkəsi kimi dünyada beynəlxalq rolunu daha da artırmaqla yanaşı, ölkəmizdə idmanın bir çox növü üzrə nüfuzlu yarışların keçirilməsi üçün mühüm layihələrin icra olunduğunu, müasir infrastrukturun qurulduğunu nümayiş etdirir.
Xizək Stadionu Kompleksinin istifadəyə verilməsi ilə gənc nəsildə idmanın bu növünə olan maraq artacaq, bu sahədə idmançılar yetişəcək, ölkəmizi beynəlxalq səviyyəli idman yarışlarında layiqincə təmsil edəcəklər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
Bugün, 16:12 Olimpiya dünyası
-
Cüdoçularımız Xüsusi Olimpiya açıq turnirində 5 medal qazanıblar
Bugün, 13:18 Cüdo
-
Parisdə bürünc medal
Bugün, 12:51 Gimnastika
-
Gimnastlarımız beynəlxalq turnirdə 7 medal qazanıblar
Bugün, 12:35 Gimnastika
-
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
Bugün, 11:58 Şahmat
-
Beynəlxalq turnirdə bürünc medal
Bugün, 10:44 Olimpiya dünyası
-
Fiqurlu konkisürənlərimiz Qran-pri yarışında iştirak ediblər
Bugün, 10:05 Olimpiya dünyası
-
Ümumdünya Şahmat Olimpiadası başa çatıb
Bugün, 09:48 Olimpizm xəbərləri
-
Çimərlik güləşində tarixi uğur
Bugün, 00:58 Güləş
-
Anım Gününə həsr olunmuş açıq birincilik keçirilib
27.09.2026, 20:45 Ağırlıqqaldırma
-
MOK-un kollektivi Zəfər Parkını ziyarət edib
27.09.2026, 19:05 MOK
-
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçildi
27.09.2026, 11:10 Olimpizm xəbərləri
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
27.09.2026, 10:29 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
27.09.2026, 08:32 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
27.09.2026, 00:20 Gündəm
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
26.09.2026, 18:25 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
26.09.2026, 16:39 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
26.09.2026, 16:21 Gündəm
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
25.09.2026, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
25.09.2026, 14:15 Olimpiya dünyası
-
Afinada ikili uğur: Zülfüqar Süleymanov dünya çempionu oldu, həm də “Ən güclü idmançı” nominasiyasında qaliblər sırasında yer aldı
25.09.2026, 13:53 Ağırlıqqaldırma
-
Məşqçilər üçün seminara yekun vurulub
25.09.2026, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
25.09.2026, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
25.09.2026, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
25.09.2026, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
25.09.2026, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
25.09.2026, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
25.09.2026, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
25.09.2026, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
25.09.2026, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
25.09.2026, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
25.09.2026, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat