ŞAD XƏBƏR - 8 saatdan çox işləyənlərin maaşları artacaq
Olimpizm xəbərləri
07.05.2025, 15:04
Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid müzakirə olunur: saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi artıq rəsmi səviyyədə gündəmdədir. "Olimpnews.az" "Baku.ws"-ə istinadla xəbər verir ki, bu dəyişiklik Əmək Məcəlləsinə nəzərdə tutulan bir sıra islahatlardan biridir və hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Lakin bu təşəbbüs hələ qəbul edilmədən geniş ictimai və ekspert müzakirələrinə səbəb olub. Bu sistemin tətbiqi əmək bazarını necə dəyişəcək, vətəndaşlara və işəgötürənlərə hansı imkanları qazandıracaq? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qanunvericiliyinə iki yüzə yaxın dəyişiklik paketi hazırlanıb: "Onlardan biri də məhz saatlıq əməkhaqqı sisteminə keçidlə bağlıdır. Bu sistem bir sıra aspektlərdən vətəndaşların xeyrinə hesab olunur və əmək münasibətlərində daha çevik, şəffaf və rəqabətədavamlı bir mühitin formalaşmasına töhfə verə bilər. İlk növbədə, saatlıq əməkhaqqı sistemi insanlara eyni anda bir neçə iş yerində çalışma imkanı yaradacaq. Beləliklə, bir şəxs müxtəlif saatlarda fərqli müəssisələrdə rəsmi əmək müqaviləsi ilə işləyə və bu yolla əlavə gəlir əldə edə biləcək. Bu da öz növbəsində ümumi əməkhaqqının artımı ilə nəticələnə bilər. Digər mühüm üstünlük isə əmək hüquqlarının daha güclü qorunması ilə bağlıdır. Hazırkı sistemdə bəzi işçilər gündəlik 8 saatlıq normadan artıq, eləcə də istirahət günlərində çalışdıqları halda bu əməyə görə əlavə ödəniş almırlar. Saatlıq əməkhaqqı sistemi isə görülən işin real vaxt üzrə hesablanmasına imkan verəcək və işçinin hər saatı əmək müqaviləsində nəzərdə tutulmuş şəkildə ödəniləcək". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov əlavə edib ki, bu sistem qeyri-rəsmi məşğulluğun azaldılmasında mühüm rol oynaya bilər: "Xüsusilə özəl sektorda bəzi işəgötürənlər əmək müqaviləsi bağlamadan işçi çalışdırmağa üstünlük verirlər. Lakin saatlıq əməkhaqqı sistemində əmək saatına əsaslanan qiymətləndirmə işəgötürəni hər bir işçi ilə müqavilə bağlamağa təşviq edəcək. Bu da əmək bazarında şəffaflığın və dövlət nəzarətinin güclənməsinə yol açacaq. Növbəti mərhələdə bu sistemin hüquqi bazasının daha da təkmilləşdirilməsi və əmək qanunvericiliyinin uyğunlaşdırılması gözlənilir. Saatlıq əməkhaqqı sistemi yalnız işçilər üçün deyil, eyni zamanda işəgötürənlər üçün də çevik və optimal kadr idarəetməsi baxımından yeni imkanlar vəd edir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
11.08.2026, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
11.08.2026, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası