Metro avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac olmadan, birbaşa bank kartı ilə ödəniş edə bilirlər. Azərbaycanda da vaxtaşarı bu məsələ müzakirə edilir.

Vətəndaşlar ictimai nəqliyyat vasitələrində gedişhaqqı üçün bank kartlarından nə zaman istifadə edə biləcəklər?

Olimpnews.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bunun mümkün olduğunu deyib:

"Azərbaycanda bank sistemi buna hazırdır və texnologiya da mövcuddur. Sadəcə, müvafiq qurumlar - "Bakı Metropoliteni" QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı tənzimləmə işləri aparmalıdırlar. Azərbaycan Dəmir Yollarında (ADY) ödəniş plastik kartlarla həyata keçirilir. Onlar reallaşdıra biliblərsə, deməli, ölkənin maliyyə sistemi buna imkan verir. Bir az investisiya qoymaq lazımdır".

Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu üsul həm daşıyıcılara, həm də sərnişinlərə sərf edir:

"Artıq bu istiqamətdə müvafiq tədbirlər görülür. AYNA tərəfindən bank kartları ilə ödənişə imkan verən sistem üzərində iş aparılır. Yəqin ki, yaxın vaxtlarda tətbiq ediləcək. Nağd ödənişlərin maksimum məhdudlaşdırılması istiqamətində addımlar atılır".