Dünən İsveç və Danimarkada hokkey üzrə dünya çempionatına start verilib.
"Olimpnews.az" xəbər verir ki, yarış başlayan kimi çempionat Macarıstan yığması üçün yaddaqalan olub. Belə ki, bu ölkənin mili komandasının üzvü Doman Songot 1949-cu ildən bəri dünya çempionatında çıxış edən ən gənc oyunçu kimi rekorda yiyələnib. O, turnirin qrup mərhələsinin ilk oyununda 16 yaş, 11 ay 2 günlüyündə Almaniya yığmasına qarşı (1:6) oyunda iştirak edib. Məlumat üçün bildirək ki, Doman Songota qədər bu rekord
1949-cu ildə 16 yaş 6 ay 29 günlüyündə norveçli Leif Solheimə məxsus idi.