Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmə cüdoçular arasında Avropa birinciliyi davam edir.
Olimpnews.az xəbər verir ki, yarışların ikinci günündə 5 çəki dərəcəsi üzrə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Təəssüf ki, təmsilçilərimizdən heç biri mükafatçılar sırasında düşə bilməyib.
Qeyd edək ki, cüdoçularımız yarışın ilk günündə 6 (3 qızıl, 1 gümüş və 2 bürünc) medal qazanıblar. Cüdoçularımızdan Anar Quliyev (-50 kq), Rəsul Əlizadə (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) qızıl, Nərmin Ağamirzəzadə (-48 kq) gümüş, Gülşən Hüseynova (-44 kq) və Leyla Ələkbərova (-48 kq) isə bürünc medala sahib çıxıb.