“İstedadların seçimi” turnirinin I turu başa çatıb

“İstedadların seçimi” turnirinin I turu başa çatıb

Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turuna yekun vurulub. 
Turnirdə 71 klub və idman cəmiyyətindən 285 idmançı (244 oğlan, 41 qız) qüvvəsini sınayıb. “İstedadların seçimi” yarışının keçirilməsində əsas məqsəd yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.