Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmə cüdoçular arasında Avropa birinciliyində qarışıq komanda yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, 16 ölkənin 160 (79 oğlan, 81 qız) cüdoçusunun mübarizə apardığı yarışda Azərbaycan komandası da iştirak edir.
Qeyd edək ki, komandamız iyunun 26-dan 28-dək keçirilən fərdi yarışları 6 (3 qızıl, 1 gümüş və 2 bürünc) medalla başa vurub.
Millimiz bu nəticə ilə medalların əyarına görə oğlanlar arasında birinci yeri tutub.
Cüdoçularımız qarışıq komanda yarışlarında mübarizə aparırlar
jpeg-1751182048.jpeg)