Katalonlar "İnter"in futbolçusu ilə maraqlanırlar

Katalonlar "İnter"in futbolçusu ilə maraqlanırlar

"Barselona" klubu "İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfrislə maraqlanır. 
Olimpnews.az xəbər verir ki, insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin sərbəstqalma məbləği iyulun ortalarına qədər 25 milyon avro olacaq. Futbolçunun müqaviləsində yer alan bu maddə yalnız İtaliya xaricində olan klublar üçün keçərlidir. Futbolçunun agenti Xorxe Mendeş müdafiəçini Kataloniya təmsilçisinə təklif edib. Lakin "Barselona" rəhbərliyi "İnter"ə Dumfris üçün heç bir rəsmi təklif etməyib.