Formula 1 üzrə Azərbaycan Qran-Prisinin tarixi dəyişdirildi - SƏBƏB

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin tarixi dəyişdirildi - SƏBƏB

Gələn il ölkəmizdə təşkil olunacaq Formula 1 üzrə Azərbaycan Qran-Prisinin tarixi dəyişdirilib. 
Olimpnews.az Formula-1-in rəsmi səhifəsinə istinadən xəbər verir ki, əvvəlcədən sentyabrın 27-nə (bazar günü) təyin olunan yarış bir gün əvvələ - sentyabrın 26-na (şənbə günü) keçirilib. Bu addım 27 sentyabr - Anım Günü ilə əlaqədar atılıb. Beləliklə, yarış sentyabrın 24, 25 və 26-da keçiriləcək. Daha əvvəl isə yarışın sentyabrın 25, 26 və 27-də keçirilməsi planlaşdırılmışdı.   
Qeyd edək ki, yeni mövsümün rəsmi startı isə martın 6-dan 8-dək Avstraliyada veriləcək. Melburn şəhərində keçiriləcək yarışla F1 dövrəsinin ilk mərhələsi baş tutacaq.
Formula 1-in üzrə dünya çempionatının 2026-cı il üçün tam təqvimini təqdim edirik. 

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin tarixi dəyişdirildi - SƏBƏB