Məşhur dizayner Ralph Laurenə məxsus olan nadir 1995-ci il buraxılışlı "Ferrari F50" modeli Monterey avtomobil həftəsi zamanı "RM Sothebys"də hərraca çıxarılacaq.
Olimpnews.az xəbər verir ki, tarqa kuzovlu avtomobil 1990-cı il Formula 1 mövsümü üçün Ferrari 641-in 3,5 litrlik güc bloku əsasında yaradılmış 4,7 litrlik V12 mühərriki ilə təchiz edilib. F50 güc blokunun gücü 382 kVt (520 at gücü) təşkil edir. F50 100 km/saata 3,8 saniyəyə sürətlənir, maksimal sürəti isə 328 km/saatdır.
Qeyd edilir ki, bu versiyadan cəmi
349 ədəd nəzərdə tutulub ki, onlardan 55-i Amerika bazarında satılıb
Məlumat üçün bildirək ki, lotun gözlənilən qiyməti 6,5-7,5 milyon dollardır. Hərrac 15-16 avqust tarixlərində keçiriləcək.