"Atalanta"nın hücumçusu Mateo Reteqi Səudiyyə Ərəbistanı klubundan təklif alıb.
Olimpnews.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Əl-Qadisiya" italiyalı futbolçu üçün 50-60 milyon avroluq rəsmi təklif ünvanlayıb.
Qeyd edək ki, “Əl-Qadisiya” Moise Kin, Rikkardo Orsolini və Conatan Devidlə müqavilə imzalamaq istəsə də, həmin futbolçular rədd cavabı alıblar.