Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək. 
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbut xidmətindən verilən məlumata görə, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək. 
Reqlamentə əsasən açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaq.