MOK-da XVIII Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi təmsil edəcək komandamızla görüş olub - FOTO
Olimpizm xəbərləri
08.07.2025, 12:38
İyulun 8-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şimali Makedoniyada və Xorvatiyada təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək idmançılar və məşqçilərlə görüş olub. Olimpnews.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, idmançılar, məşqçilər və federasiya nümayəndələri iştirak ediblər. Skopye-2025 Avropa Gənclər Olimpiya Festivalı haqqında video təqdimatdan sonra komandanın missiya rəhbəri Vaqif Əliyev yarışa hazırlıq və “Təhlükəsiz İdman”a dair nümunəvi sənəd haqqında təqdimatla çıxış edib. O, Şimali Makedoniyanın Skopye, Kumanovo və Xorvatiyanın Osiek şəhərlərində keçiriləcək yarış haqqında iştirakçıları məlumatlandırıb. Vaqif Əliyev əvvəlkilərdən fərqli olaraq, bu festivalın bir neçə yeniliklə yadda qalacağını bildirib. Qeyd edib ki, bu yeniliklərdən biri oyunların iki müxtəlif ölkədə və üç şəhərdə təşkil olunması, digəri isə proqramda yeni idman növlərinin - stolüstü tennis, atıcılıq və taekvondonun yer almasıdır. O, həmçinin Olimpiya kəndi, nəqliyyat infrastrukturu, yarışların keçiriləcəyi məkanlar və təhlükəsiz idman məsələləri haqqında da iştirakçıları məlumatlandırıb. AMADA-nın təhsil məsələləri üzrə meneceri Qüdrət Səfərov isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib. EYOF-2025-in gənc səfiri Nərmin Kərimova isə festival zamanı əyləncəli və mədəni tədbirlər haqqında məlumat verib. Qeyd edək ki, festivalda 50 ölkədən ümumilikdə 4 minə yaxın 13-18 yaşlı yeniyetmə idmançı iştirak edəcək. Azərbaycan komandası festivalda 10 idman növü - atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq. XVIII Avropa Gənclər Olimpiya Festivalının rəsmi açılış mərasimi iyulun 20-də, bağlanış mərasimi isə iyulun 26-da keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
20.07.2026, 18:27 Gündəm
-
Qazaxda avarçəkmə tədbiri təşkil olunacaq
20.07.2026, 15:56 Su idman növləri
-
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
20.07.2026, 14:31 Velosiped
-
Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
20.07.2026, 13:36 Müsahibə
-
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
20.07.2026, 13:13 Cüdo
-
Sofiyadan 4 medal
20.07.2026, 12:56 Su idman növləri
-
Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
20.07.2026, 12:38 Su idman növləri
-
İdmançımız Minskdə bürünc mükafat qazanıb
20.07.2026, 12:22 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
20.07.2026, 12:11 Su idman növləri
-
Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
20.07.2026, 08:56 Futbol
-
İspaniya millisinə dünya kuboku təqdim edildi
20.07.2026, 02:54 Gündəm
-
DÇ-2026-nın ən yaxşıları müəyyənləşib
20.07.2026, 02:48 Futbol
-
İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
20.07.2026, 02:10 Gündəm
-
“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
20.07.2026, 00:20 Formula 1
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol