Gənc cüdoçularımız Nabranda təlim-məşq düşərgəsində iştirak edirlər.
Olimpnews.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərlik etdiyi toplanışda əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəlib. Hazırlığın növbəti mərhələsi avqustun 11-dən 23-dək Qubada keçiriləcək.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qitə birinciliyi 4-7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.