Emin İskəndərov: “Ümid edirəm ki, cüdoçularımız növbəti günlərdə də yeni tarixi nəticəyə imza atacaqlar”

Emin İskəndərov: “Ümid edirəm ki, cüdoçularımız növbəti günlərdə də yeni tarixi nəticəyə imza atacaqlar”

“İdmançılarımız yüksək hazırlıq prosesi keçdikdən sonra yaxşı nailiyyətlər əldə etdilər”.
Bu sözləri Olimpnews.az saytına müsahibəsində yeniyetmə oğlanlardan ibarət cüdo yığmasının baş məşqçisi Emin İskəndərov deyib. 
Cüdoçularımızın Skopye-2025-ə 3 qızıl medalla start verdiyini deyən mütəxəssis bu uğuru tarixi nəticə adlandırıb.  
“Həqiqətən də qürurvericidir haldır. Yarışa yaxşı hazırlaşmışdıq və idmançılarımızın ümidlərimizi doğruldacağına inanırdıq. 44 ölkə arasında uğurlu nəticə göstərdik. Fransa, Gürcüstan və Xorvatiya kimi qabaqcıl cüdo ölkələrini geridə qoyduq. İdmançılarımız öz sözlərini tatamidə layiqli qələbələri ilə dedilər. Düzdür, yaxşı hazırlıq prosesi keçdiyimizə görə idmançılarımıza inanırdıq. Amma idmanda hər şey olur. Çox şükür ki, cüdoçularımız buna imkan vermədilər. Qeyd etmək istərdim ki, EYOF-da cüdo tarixində bir gündə üç qızıl medalın əldə olunmasının özü də bir tarixi nəticədir. Ümid edirəm ki, cüdoçularımız növbəti günlərdə də yaxşı nəticələr qazanaraq yeni tarixi nəticəyə imza atacaqlar”, - deyə Emin İskəndərov qeyd edib. 
Qeyd edək ki, Skopye-2025-çərçivəsində keçirilən cüdo yarışlarının ilk günündə cüdoçularımız üç qızıl medala sahib çıxıblar. Medalları komandamıza Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırıb.  

Emin İskəndərov: “Ümid edirəm ki, cüdoçularımız növbəti günlərdə də yeni tarixi nəticəyə imza atacaqlar”