ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Lionel Messi daha bir rekorda imza atıb.
Olimpnews.az xəbər verir ki, argentinalı ulduz futbolçu penaltilər xaric vurulan qolların sayında "Əl-Nəsr"də çıxış edən Kriştianu Ronaldonu geridə qoyub.
O, bu uğuruna ABŞ MLS liqasının müntəzəm çempionatı çərçivəsində "Nyu-York Red Bullz"a səfərdə 5:1 hesabı ilə qalib gəldikləfi oyununda nail olub. Oyunda iki qolla yadda qalan Messinin aktivində hazırda 764 qolu var. Kriştianu Ronaldonun isə penaltisiz vurduğu qolların sayı 763-ə bərabərdir.
Qeyd edək ki, Messi son 8 MLS matçında 13 qol, və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Argentinalı futbolçu hazırda çempionatda 18 qolla bombardirdir.
Messi Ronaldonu qabaqladı
