"Çox həyəcanlıyam. İlk dəfədir ki, bu cür böyük yarışda iştirak edərək, yüksək nailiyyət əldə etdim. Buna qədər Avropa çempionatının bürünc medalını qazanmışdım.
Bu sözləri Olimpnews.az-a müsahibəsində Skopye-2025-in cüdo yarışlarının qalibi olan Azərbaycan cüdoçusu Gülşən Hüseynova deyib.
-44 kq çəki dərəcəsində yer alan idmançımız festivalda qızıl medal qazanan idmançılar arasında yer aldığına görə çox sevindiyini qeyd edib.
"Qızıl medal gələcək karyerama böyük təkan verəcək. Yığma komandamızın heyətində qızıl medal qazanan ilk qız cüdoçu mən oldum. Bu sevincimi daha da artırır. İndi növbə onlarındır. İnanıram ki, komandamızın digər üzvləri də bu işin öhdəsindən gələcəklər. İdmançılarımızın hər birinə qələbə sevinci arzulayıram", - deyə Gülşən Hüseynova bildirib.
Qeyd edək ki, Gülşən Hüseynova həlledici görüşdə israilli Yuval Qabayı üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gülşən Hüseynova: "Qızıl medal mənim gələcək karyerama böyük təkan verəcək"
