Azərbaycan cüdoçusu Rəsul Əlizadə (-55 kq) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında komandamıza növbəti qızıl medalı qazandırıb.
Avropa çempionumuz 1/4 finalda Tomas Hidonu, yarımfinalda isə isveçrəli Silvano Korini məğlub edərək finala çıxıb. Həlledici görüşdə xorvatiyalı Kristian Butuçini də məğlub edən cüdoçumuz komandamıza günün üçüncü qızıl medalını qazandırıb.
Xatırladaq ki, daha əvvəl Rza Xəlilli (-50 kq) və Gülşən Hüseynova (-44 kq) qızıl medala sahib çıxmışdılar.
Azərbaycan komandası Skopye-2025-də üçüncü qızıl medalını qazandı

