XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən atletika yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, Şimali Makedoniyanın Skopye şəhərindəki Todor Proeski milli stadionunda təşkil olunan yarışda bu gun Azərbaycanın 8 idmançısı mübarizə aparacaq. Artıq komandamızın ilk üzvü çıxış edib. Təmsilçimiz Safiya Kərimova I mərhələnin III təsnifat yarışında 100 m məsafəyə qaçışda 13,09 nəticə göstərib. O, bu nəticə ilə təsnifat mərhələsini yeddinci pillədə tamamlayıb.
Qeyd edək ki, Azərbaycan festivalda ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunur.