UFC-də keçmiş ikiqat çempion olan Con Cons Dubaydakı dostlarından aldığı hədiyyəni sosial şəbəkə hesabında nümayiş etdirib.
Olimpnews.az xəbər verir ki, dostları ona qızılı rəngdə «iPhone 16 Pro Max» hədiyyə göndəriblər. Buna görə Cons öz təşəkkürünü bildirib.
Xatırladaq ki, 38 yaşlı Cons idmançı karyerasını başa vurub. Ümumilikdə onun qarışıq döyüş növləri üzrə 28 qələbəsi və 1 məğlubiyyəti var.