Dünya çempionatına vəsiqə qazanan daha üç komanda müəyyənləşdi

Dünya çempionatına vəsiqə qazanan daha üç komanda müəyyənləşdi

Gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində çıxış edəcək daha üç komandanın adı müəyyənləşib.

Olimpnews.az xəbər verir ki, ötən gecə keçirilən oyunların nəticəsinə əsasən, Kolumbiya, Paraqvay və Ekvador milliləri dünya çempionatında iştirak etmək hüququ qazanıb. Kolumbiya doğma meydanda Boliviyaya 3:0 hesabı ilə qalib gəlib. Paraqvay və Ekvador komandalarının oyununda isə qalib müəyyənləşməyib -0:0. Bununla da mundiala vəsiqə qazanacaq 48 komandadan 16-nın adına aydınlıq gəlib. Bundan əvvəl çempionatın ev sahibləri olan ABŞ, Kanada və Meksika ilə yanaşı, Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Uruqvay, Yeni Zelandiya seçmələri final mərhələsində iştirak etmək hüququ əldə etmişdilər.