Madrid "Real"ı növbəti transfer pəncərəsində "Ştutqart"ın yarımmüdafiəçisi Angelo Stilleri heyətinə cəlb edəcək.
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu gələcəkdə başqa kluba keçməyin əleyhinə deyil.
Məlumat üçün bildirək ki, ötən mövsüm Stiller 47 matçda 4 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi hesablanıb. Transfermarkt portalında təqdim olunan məlumata görə, Stillerin bazar dəyəri 45 milyon avrodur.