Serbiya Futbol İttifaqı azarkeşlərə müraciət edib

Serbiya Futbol İttifaqı azarkeşlərə müraciət edib

Serbiya Futbol İttifaqı milli komandanın azarkeşlərini DÇ-2026 seçmə mərhələsi çərçivəsində İngiltərə ilə oyunda təxribatlara yol verməməyə çağırıb. "Serbiya Futbol Assosiasiyası UEFA və FİFA tərəfindən ciddi nəzarət altında olduğundan və intizam cəzalarına səbəb olan hadisələrin tarixini nəzərə alaraq, biz azarkeşləri bütün ölkəni qürurlandıracaq görüntü nümayiş etdirməyə çağırırıq", - deyə  bəyanatda qeyd olunur.
Qeyd edək ki, görüş bu gün Belqradda keçiriləcək.