Çimərlik voleybolçularımız Avropa çempionatına yollanıblar

Çimərlik voleybolçularımız Avropa çempionatına yollanıblar

Çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət Azərbaycan milliləri Avropa çempionatında iştirak etmək üçün İtaliyaya yollanıblar. 

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, yığmalar bu gün yarışın keçiriləcəyi Corigliano Rossano şəhərinə yola düşüblər. 

Sentyabrın 11-14-ü aralığında baş tutacaq çempionatda ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.