Messi öz turnirini yaratdı 

Messi öz turnirini yaratdı 

Lionel Messi sosial media hesabından öz turnirinin - “Messi Kuboku”nun yaradıldığını açıqlayıb. 

Olimpnews.az xəbər verir ki, turnir bu ilin dekabr ayında Mayamidə keçiriləcək. Bu turnir 16 yaşadək futbolçular arasında təşkil olunacaq. Turnirdə 8 klubun iştirak edəcəyi nəzərdə tutulub. Qadlib adı uğrunda "River Pleyt" (Argentina), "Nyuellz Old Boyz" (Argentina), "İnter Mayami" (ABŞ), "Barselona" (İspaniya), "Atletiko Madrid" (İspaniya), "Çelsi" (İngiltərə), "Mançester Siti" (İngiltərə) və "İnter" (İtaliya) komandaları mübarizə aparacaq.