ASTF-nin rəsmiləri Avropa Stolüstü Tennis Birliyinin konqresində iştirak ediblər

ASTF-nin rəsmiləri Avropa Stolüstü Tennis Birliyinin konqresində iştirak ediblər

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) rəsmiləri Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbəti konqresində iştirak ediblər.

Olimpnews.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Xorvatiyanın Zadar şəhərində baş tutub. ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın da qatıldığı tədbirdə ASTB-yə üzv ölkələrin numayəndələri iştirak ediblər.

Konqresdə ali idman qurumunun son bir ildə gördüyü işlər haqqında hesabat dinlənilib, mövcud durum və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr diqqətə catdırılıb. ASTB rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, stolüstü tennisin inkişafı istiqamətində uğurlar arzulanıb.