Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubu türkiyəli futbolçu Merih Demiral ilə müqavilənin uzadılması barədə razılığa gəldiyini açıqlayıb.
Olimpnews.az xəbər verir ki, "Əl-Əhli" klubu M.Demiralın DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan millisi ilə oyundakı parlaq çıxışından sonra bu addımı atıb.
Türkiyəli futbolçu həmin oyunda iki qolla yadda qalmışdı.
2023-cü ildən "Əl-Əhli" klubunda çıxış edən 27 yaşlı mərkəz müdafiəçi Asiya Çempionlar Liqasında və Səudiyyə Ərəbistanı Superkubokunda çempionluq sevinci yaşayıb. Merih Demiral "Əl-Əhli"nin heyətində 73 oyun keçirib, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.