Dünya Cüdo Günü münasibəti ilə turnir keçirilib

Dünya Cüdo Günü münasibəti ilə turnir keçirilib

Ötən həftə Masallının idman həyatı müxtəlif yarışlarla yadda qalan olub. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "28 Oktyabr–Dünya Cüdo Günü” münasibətilə uşaqlar və yeniyetmələr arasında keçirilən  cüdo üzrə Masallı rayon turniri  daha maraqla qarşılanıb.  
Şəhər N. Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalında  keçirilən, uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması, həmçinin rayon üzrə istedadlı idmançıların aşkar olunması və onların gələcəkdə daha yüksək səviyyəli yarışlara hazırlanması məqsədi daşıyan bu turnirdə idmançılar 11 çəki dərəcəsi üzrə mübarizə aparıb. 
Gərgin mübarizədən qalib çıxan  idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.