Yamal Pike ilə Şakiranın malikanəsini alır 

Yamal Pike ilə Şakiranın malikanəsini alır 

"Barselona"nın futbolçusu Lamin Yamal klubun keçmiş müdafiəçisi Xerar Pike və Shakiranın əvvəllər birlikdə yaşadığı villanı almaq istəyir. 
Olimpnews.az xəbər verir ki, dəyəri 11 milyon avro olan nülk Barselonanın ən elit və gizli məhəllələrindən birində yerləşir. Evin ümumilikdə 2 min kvadratmetr ərazini əhatə edir. Kompleksə əsas bina ilə yanaşı iki əlavə tikili daxildir. Üç mərtəbəli evin ərazisinə 7 yataq otağı, 2 mətbəx və bir neçə terras, qapalı və açıq üzgüçülük hovuzları, tennis kortu, fitnes zalı, kino zalı, şərab zirzəmisi, oyun otağı, səsyazma studiyası daxildir. 
Yamalın məqsədi bu evi müasir texnologiyalarla təchiz olunmuş, tam təhlükəsiz idmançı iqamətgahına çevirməkdir.
Həmin evdə hazırkı sevgilisi Niki Nikolla birlikdə yaşamağı planlaşdıran gənc futbolçu bununla da komanda yoldaşları Alexandro Balde və Ronald Arauxo ilə qonşu olacaq.