"Barselona"nın iki futbolçusu üçün sevindirici xəbər 

"Barselona"nın iki futbolçusu üçün sevindirici xəbər 

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski zədəsini bərpa edib. 
Olimpnews.az xəbər verir ki, klubun baş məşqçisi Hans-Diter Flik bu gün komandaya istirahət verməsinə baxmayaraq, polşalı hücumçu bu gün klubun düşərgəsinə gələrək məşq edib. Bundan başqa kataloniyalıların qapıçısı Xuan Qarsia ilə bağlı da müsbət xəbər var. Belə ki, ispaniyalı qapıçının sağalma prosesi gözləniləndən daha tez davam edir. Hər iki futbolçunun həftəsonu La Liqanın 11-ci turu çərçivəsində  "Elçe" yə qarşı oyunda meydanda olacağı gözlənilir. 

"Barselona"nın iki futbolçusu üçün sevindirici xəbər