Futbol üzrə İtaliya A Seriyasında IX turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, turun növbəti oyununda "Milan" klubu səfərdə "Atalanta"nın qonağı olacaq.
Matçda hesabı 4-cü dəqiqədə "Milan"ın futbolçusu Samuele Ricci açıb. Lakin 35-ci dəqiqədə Ademola Lukman hesabı bərabərləşdirib. Beləliklə, tərəflər meydandan hərəyə bir xalla ayrılıblar. "Rossoneri"lər hazırda 9 turdan sonra 18 xalla üçüncü, "Atalanta" isə 13 xalla yeddincidir.


