“Gələn il görüşənədək, Paris” - Alkaraz

“Gələn il görüşənədək, Paris” - Alkaraz

Altıqat Böyük Dəbilqə çempionu olan ispaniyalı tennisçi Karlos Alkaraz Fransanın Paris Masters turnirinin ikinci turunda məğlub olduqdan sonra paylaşım edib. "Norrini qələbə münasibətilə təbrik edirəm və turnirdə uğurlar arzulayıram! Gələn il görüşənədək, Paris", - deyə Alkaraz sosial media səhifəsində yazıb. Qeyd edək ki, o, britaniyalı Kameron Norriyə 6-4, 3-6, 4-6 hesabları ilə məğlub olub.