Rio-de-Janeyro Şəhər Qanunvericilik Assambleyası "Marakana" stadionunu satışa çıxarmaq qərarına gəlib. TASS-ın RMC Sport radiostansiyasına istinadən verdiyi məlumata görə, bununlada qurum stadionun təmir xərclərini qarşılamaq və 1,89 milyard avro dəyərində qiymətləndirilən borcun bir hissəsini ödəmək qərarına gəlib.
Xatırladaq ki, "Marakana" "Flamenqo" və "Fluminense" komandalarının ev stadionu sayılır. Stadionun tutumu 78 min nəfərdir.


