Eden Hazardın adı Premyer Liqanın "Şöhrət zalı"na daxil edilib 

Eden Hazardın adı Premyer Liqanın "Şöhrət zalı"na daxil edilib 

Belçika millisinin və "Çelsi" klubunun sabiq futbolçu Eden Hazardın adı Premyer Liqanın “Şöhrət Zalı”na daxil edilib. 
Olimpnews.az xəbər verir ki, Frank Lampard, Didier Droqba, Petr Çex, Eşli Koul və Con Terridən sonra Premyer Liqa tarixinə adını yazdıran 6-cı "Çelsi" oyunçusu olub. 
E.Hazard "zadəganlar"ın heyətində 245 oyunda iştirak edib, 85 qol vurub,  54 qol ötürməsi ilə yadda qalıb. O, "Çelsi" ilə 2 Premyer Liqa titulu qazanıb.