Fransa Liqa 1-də 10-cu turun oyunları keçirilir.
Olimpnews.az xəbər verir ki, lider PSJ səfərdə "Loryen" klubu ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Matçda hesabı 50-ci dəqiqədə PSJ-nin futbolçusu Nunu Mendeş açıb. Lakin bir dəqiqə sonra İqor Silva hesabı bərabərləşdirib. Bu oyunda son qol olub. 10 turdan sonra Paris təmsilcisi 21 xalla 1-ci, "Loryen" isə 9 xalla 16-cıdır.
PSJ səfərdə xal itirdi


