Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, "İnter" klubu doğma meydanda "Fiorentina"nı qəbul edib. Oyun Milan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində qolları Hakan Çalhanoğlu (66, 88, p) və Peter Suşiç (71) vurub. "İnter" qələbə sayəsində xallarının sayını 18-ə çatdıraraq üçüncü pilləyə yüksəlib.
"Fiorentina" isə 4 xalla 19-cudur.


