İranlı voleybolçuya beyin ölümü diaqnozu qoyulub

İranlı voleybolçuya beyin ölümü diaqnozu qoyulub

Qətərin «Əl-Rayan» voleybol klubunun iranlı hücumçusu Saber Kazemi beyin ölümü ilə üzləşib. Bu barədə İran Voleybol Federasiyasına istinadən "Volleyball LIVE" Telegram kanalı məlumat verib. Bildirilir ki, onun həyat dəstəyi hələ söndürülməyib və idmançı tibbi müşahidə altındadır. Qeyd edək ki, Kazemi qəzası oktyabrın ortalarında baş verib. Onu Qətərdəki otel hovuzunda ağır elektrik cərəyanı vurub. O, ürək dayanması keçirsə də, qısa müddətə özünə gəlib. Həmin vaxtdan etiabarən o komaya düşüb.
Qeyd edək ki, Saber Kazemi 2025-ci ildə Qətər komandasına heyətində çıxış edib. O, İran millisi ilə Asiya çempionu və ikiqat Asiya Oyunları çempionu tituluna yiyələnib.