PSJ-nin mərkəz müdafiəçisi Lukas Beraldo da qış transfer pəncərəsində komandadan ayrılmaq istəyir. Jurnalist Əkrəm Konurun sözlərinə görə, 21 yaşlı braziliyalı ABŞ-da keçiriləcək Dünya Kubokuna getmək üçün daha çox oyun vaxtı qazanmaq istəyir. Premyer Liqa və Seriya A klubları Beraldo ilə maraqlanır. PSJ-nin müdafiəçisini 30 milyon avro dəyərində qiymətləndirdiyi bildirilir. Qeyd edək ki, Beraldo bu mövsüm Fransa liqasında yeddi oyunda meydana çıxıb və bir qol vurub. Onun parislilərlə hazırkı müqaviləsi 2028-ci ilin iyununda başa çatır.
Parisdə özünü narahat hiss edir


