Pedro mövsümün sonunda "Latsio"dan ayrılacaq

Pedro mövsümün sonunda "Latsio"dan ayrılacaq

İspaniyalı futbolçu Pedro Rodriges mövsümün sonunda İtaliyanın "Latsio" klubundan ayrılacağını açıqlayıb. 

Olimpnews.az xəbər verir ki, 38 yaşlı ispaniyalı futbolçu qərarına belə şərh verib: “Bu, "Latsio" ilə son mövsümüm olacaq. Mövsümün yaxşı şəkildə başa vurmaq istəyirəm. Bu klubun şərəfini qorumaq mənim üçün böyük bir zövqdür”.

Qeyd edək ki, İtaliya klubunun heyətində heyətində 185 oyun keçirən Pedro bu matçlarda 34 qol vurub və 18 qol ötürməsi ilə yadda qalıb. 

Xatırladaq ki, Pedro daha əvvəl "Barselona" (2005-2015), "Çelsi" (2015-2020), Roma (2020-2021) klublarında forma geyinib.