"Mastantuononu satmaq niyyətimiz yox idi"

"Mastantuononu satmaq niyyətimiz yox idi"

Argentinanın "River Plate" klubunun baş direktoru Stefano Di Karlo 18 yaşlı istedadlı futbolçu Franko Mastantuononun Madrid "Real"ına satılması ilə bağlı şərh verib. "Mastantuononu satmaq niyyətimiz yox idi. "Real"ın nümayəndələri gəldi və onun sərbəst qalma bəndini aktivləşdirdi. Onu heyətdə saxlamaq da olardı, amma neynəyək ki futbol da belə işləyir", - deyə Stefano Di Karlo "Madrid Zone"yə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, "Real" Mastantuononu yay transfer pəncərəsində cinah oyunçusu kimi 45 milyon avro ödəyərək, alıb. O, artıq Madriddə 11 oyunda meydana çıxaraq, bir qol vurub və bir məhsuldar ötürmə müəllifi olub.