Libertadores Kuboku Braziliya finalı

Libertadores Kuboku Braziliya finalı

Braziliyanın "Palmeyras" klubu Libertadores Kuboku yarımfinalının ikinci oyununda Ekvadorun LDU komandasını 4:0 hesabı ilə məğlub edib. İlk oyun Ekvador komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qollarını Ramon Sosa (20), Bruno Fuks (45+5) və Rafael Veyqa (68, 82) vurublar. Noyabrın 30-da keçiriləcək Libertadores Kubokunun finalında "Palmeyras" "Flamenqo" ilə qarşılaşacaq.

Qeyd edək ki, Libertadores Kuboku 1960-cı ildən etibarən keçirilir. Cənubi Amerikanın ən yaxşı klubları arasında keçirilən yarışda "Palmeyras" üç dəfə kuboka yiyələnib. "Flamenгo"da eyni göstərici ilə diqqət çəkib.