Keçmiş UFC çempionu avtombilini aşırıb

Keçmiş UFC çempionu avtombilini aşırıb

Yüngül çəkidə keçmiş UFC çempionu Deveson Fiqueyredo avtomobil qəzasına düşüb. Braziliyalı döyüşçü hadisənin təfərrüatlarını sosial media hesabında paylaşıb. "Bu gün qəzaya düşdüm. Görünür, təqibdən qaçan bir qadın yüksək sürətlə yan küçədən çıxaraq, maşınımın ortasına çırpılıb və nəticədə içində olduğum avtomobil bir neçə dəfə çevrilib", - deyə Fiqueyredo yazıb.

Qeyd olunur ki, qəza döyüşçünün yaşadığı Floridada baş verib. O, ciddi xəsarət almayıb.