Telefonunda Ronaldonun nömrəsini hələ də saxlayır

Telefonunda Ronaldonun nömrəsini hələ də saxlayır

"Barselona"nın polşalı qapıçısı Voyçex Şesni telefon kitabçasında yer alan ən məşhur şəxsin adını çəkib. Məlum olub ki, bu, beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldodur. "Telefonumda ən məşhur insan kimdir? Ronaldo. Amma mən ona zəng etməyəcəyəm", -  deyə "Barca Universal" polşalı futbolçunun sözlərindən sitat gətirib.

Qeyd edək ki, Şesni ilə Kriştiano Turinin "Yuventus" klubunda çıxış ediblər.