Futbol üzrə Misli Premyer Liqasında X turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, Ağdam təmsilçisi turun açılış oyununda "Azərsun Arena"da "İmişli"ni qəbul edib.
Oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb -2:0. Matçda hesab 52-ci dəqiqədə açılıb. Abdullah Zubir Ağdam təmsilçisini hesabda önə çıxarıb. Qarşılaşmanın 82-ci dəqiqəsində isə Emanuel Addai hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, bir oyun az keçirən Qurban Qurbanovun komandası 20 xalla birinci, "İmişli" isə 12 xalla yeddincidir.


