"Roma" əfsanəsi geri qayıdır

"Roma" əfsanəsi geri qayıdır

İtaliyanın "Roma" klubunun əfsanəsi Daniele De Rossi "Cenoa"nın baş məşqçisi vəzifəsində Patrik Vieyranın yerinə potensial namizədlərdən sayılır. Olimpnews.az xəbər verir ki, fransalı mütəxəssis vəzifəsindən kənarlaşdırılıb. Komandaya "Sassuolo" ilə qarşıdakı oyunda müvəqqəti məşqçi dueti Roberto Murqita və Domeniko Krişito rəhbərlik edəcək. Qeyd edək ki, 9 oyundan 3 xal toplayan "Cenoa" A Seriyasında sonuncu pillədə qərarlaşıb.