Fil Foden Rahim Sterlinqin rekordunu qırdı

Fil Foden Rahim Sterlinqin rekordunu qırdı

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fil Foden "şəhərlilər"in tarixinə düşüb.

Olimpnews.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi klub tarixində Premyer Liqada 200 oyun keçirən ən gənc futbolçu olub. O, bu göstərici ilə Rahim Sterlinqin rekordunu qırıb.

Qeyd edək ki, Fil Foden bu uğura 25 yaş 158 günlükdə, Rahim Sterlinq isə 26 yaş 284 günlükdə nail olub. 

Fil Foden "şəhərlilər"in heyətində meydana çıxdığı 200 oyunda 62 qol vurub, 29 qol ötürməsi ilə yadda qalıb.