Misli Premyer Liqası: "Sabah"dan minimal hesablı qələbə

Misli Premyer Liqası: "Sabah"dan minimal hesablı qələbə

Futbol üzrə Misli Premyer Liqasında X turun oyunlarına yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, turun bağlanış oyununda "Sabah" klubu "Bank Respublika Arena"da "Qəbələ"ni qəbul edib. Oyun paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Meydan sahiblərinin yeganə qolunun müəllifi  28-ci dəqiqədə fərqlənən Stiv Solvet olub. Qələbə sayəsində xallarının sayını 18-ə çatdiran "bayquşlar" turnir cədvəlində dördüncü pilləyə yüksəlib.  "Qəbələ" isə 5 xalla onuncu pillədə yer alıb.