İngiltərəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen yenidən "Arsenal" klubunun məşq bazasına qayıdıb. 
Olimpnews.az xəbər verir ki, hazırda azad agent statusunda olan 32 yaşlı  futbolçu formasını qorumaq və yeni planını müəyyən etmək üçün London  klubunun U-21 komandası ilə məşqlərə başlayıb. Futbolçu qısa zamanda təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Çemberleyn karyerası ərzində İngiltərənin "Soutkempton" (2010-2011), "Arsenal" (2011-2017), " "Liverpul" (2017-2023) və Türkiyənin "Beşiktaş" (2023-2025) klublarının heyətində çıxış edib. 
İngiltərəli futbolçu yenidən köhnə klubunun düşərgəsinə qayıtdı
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

