De Brüyne azarkeşlərinə minnətdarlıq edib  

De Brüyne azarkeşlərinə minnətdarlıq edib  

"Napoli"nin yarımmüdafiəçisi Kevin De Brüyne sosial media səhifələrində azarkeşlərinə mesaj yazıb. 
Olimpnews.az xəbər verir ki, o, onun üçün narahat olan azarkeşlərə minnətdarlıq edib. "Hamınıza salam. Hamınızın bildiyiniz kimi, bir müddətdir sıradan çıxmışam. Əməliyyatım yaxşı keçdi. Artıq sağalma mərhələsinə başladım. Mesajlarınız üçün hamınıza təşəkkür edirəm", - deyə belçikalı futbolçu yazıb.Qeyd edək ki,  bundan əvvəll yarımmüdafiəçinin zədə səbəbindən təxminən dörd ay yaşıl meydanlardan kənarda qalacağı bildirilirdi.  De Brüyne "Napoli"nin heyətində bu mövsüm səkkiz matçda iştirak edib və dörd qol vurub.